| Avtokreditlər
Avtokreditlər fiziki şəxslərə nəqliyyat vasitəsinin alınması məqsədilə verilir.
Kreditin illik faiz dərəcəsi: — illik 24 % .
Borcalanın yaşı 22-dən yuxarı olmalıdır.
Alınan və girov qismində təklif olunan nəqliyyat vasitəsinin istismar müddəti maksimum 5 il olmalıdır. Kredit hesabına alınmış nəqliyyat vasitəsi, həmin kreditin təminatı kimi girov qoyulur (girov müqaviləsi dövlət qeydiyyatına alındıqdan sonra bir gündən gec olmayaraq banka təqdim edilir). Kredit hesabına alınan və girov qoyulan nəqliyyat vasitəsinin dəyərinin minimum 30%-i borcalan tərəfindən ödənilir. Nəqliyyat vasitəsinin alınması məqsədi ilə verilən kreditin maksimal məbləği 30000 ABŞ dollarıdır.
Nəqliyyat vasitəsinin alınması məqsədi ilə verilən kreditin maksimal müddəti 18 aydır. Avtokreditin daha uzun müddətə verilməsi Bankın Kredit Komitəsi ilə razılaşdırılmalıdır. Borcalan tərəfindən borcun (kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin) ödənilməsi bərabər aylıq ödənişlər əsasında aparılır.
Avtokredit verilərkən aşağıdakı sənədlər borcalan tərəfindən təqdim edilməlidir:
1. Avtokreditin verilməsi üçün ərizə;
2. Avtokreditin alınması üçün anket;
3. Şəxsiyyət vəsiqəsi;
4. Borcalanın əmək haqqı və digər sənədlərlə təsdiq olunmuş gəlirləri barədə sənəd;
5. Avtokreditin təminatı kimi ipoteka qoyulacaq nəqliyyat vasitəsinin AR DİN Dövlət Yol Polisi İdarəsində texniki baxışdan keçirilməsi haqqında arayış;
Avtokreditin verilməsi üçün aşağıda qeyd olunan müqavilələr rəsmiləşdirilir:
1. Nəqliyyat vasitəsinin alınması üçün borcalana kredit vəsaitlərinin ayrılması barədə Bankla borcalan arasında bağlanan Kredit müqaviləsi (əlavə edilmiş nümunəvi forma üzrə);
2. Nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi;
3. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi kredit hesabına alınmış nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi barədə müqavilə;
4. İpoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinin tam dəyəri məbləğində 1 illik sığortası müqaviləsi.
|