Valyuta mübadiləsi


  Birja indeksləri


İpoteka kreditləri

İpoteka kreditləri daşınmaz əmlakın (mənzil, ev, torpaq sahəsi və s.) girov götürülməsi yolu ilə verilir. İpoteka müqaviləsi notariat qaydasında təsdiq edilməli və dövlət qeydiyyatından keçməlidir. İpoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara tam əməl olunaraq bağlanılmalıdır. Girovqoyanın və ya borcalanın öz öhdəliklərini vaxtında yerinə yetirmədiyi halda girov qoyulmuş əmlak girov götürən (Bank) tərəfindən öz tələblərini ödəmək məqsədi ilə hərrac vasitəsi ilə realizə edilə bilər.